Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş şəxs saxlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə sentyabrın 26-da baş verib. Belə ki, Yasamal rayonunda “Toyota” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Məmməd Həşimov yol-nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində Zinaida Arefyeva ölüb.

Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həşimov polis tərəfindən saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az