Moskva, 7 oktyabr, AZƏRTAC
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə hər il “LETO AMOR” fotomüsabiqəsi keçirilir. Fotomüsabiqənin məqsədi gənclərin yaradıcı inkişafına və həvəskar fotoqrafların peşəkar yüksəlişinə kömək etməkdir.
Oktyabrın 18-də “Moskva Hall” konsert zalında “LETO AMOR-2015” müsabiqəsinə yekun vurulacaq, ən yaxşı işlərə görə isə qiymətli hədiyyələr təqdim ediləcək. Qaliblər beş nominasiya üzrə (“Bakı Yer üzündə ən yaxşı şəhərdir”, “Azərbaycan memarlığı: Qız qalasından “Flame Towers” qülləsinədək”, “Böyük şəhərdə idman”, “Şəhərlərdən uzaqlarda” və “EkoIDEA”) elan ediləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva