Qax, 8 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun paleolit dövrü arxeoloji ekspedisiyası bir neçə ildir ki, Böyük Qafqazın cənub-şərq ətəklərində, Qax və Zaqatala rayonlarının yüksək dağlıq (1400 metr) ərazilərində ilk daş dövrü yaşayış yerlərinin tədqiqatı ilə məşğuldur.
Ekspedisiyanın rəhbəri, aparıcı elmi işçi Mənsur Mənsurov AZƏRTAC-a bildirib ki, 2012-2013-cü illərin yayında ərazidə aparılan tədqiqatlar zamanı Qax rayonunun Ləkit-Kötüklü kəndi yaxınlığındakı Mezozoy-Yura dövrü əhəng qaya zolağında, eləcə də Zaqatala rayonunun Cimcimax kəndi yaxınlığında paleolit (qədim daş) dövrünə aid qədim mağara düşərgələri üzə çıxarılıb. Ləkit-Kötüklü kəndi yaxınlığındakı Xorqaya mağarasında qazılmış kəşfiyyat xəndəyində 2 metr dərinlikdəki çöküntülər altında iri ocaq yeri və onun ətrafında yastı qaya daşları düzülmüş sahə qeydə alınıb. Qazıntılar zamanı burada orta Aşel mədəniyyəti (450 min il əvvəl) dövrünə aid maddi mədəniyyət qalıqları - çopper, bıçaq, yonma-sıyırma, çapma, burma, deşmə tipli əmək alətləri aşkar edilib. Ocaq yerinin qalıqları ibtidai insanların oddan istifadə etdiklərini göstərir. Bu tipli əmək alətlərinə Zaqatala rayonunun Cimcimax kəndi ərazisində aparılan tədqiqatlar zamanı da rast gəlinib.
Mənsur Mənsurovun sözlərinə görə, 2015-ci ilin avqust-sentyabr aylarında Xorqaya mağarasında apardıqları qazıntılar zamanı 5-6 metr dərinlikdə müəyyənləşən mədəni təbəqələrdən sümükdən yonulub hazırlanan 12 santimetr uzunluğunda iynə, biz, çopper, makro, mikro nüvələr, kəsmə, doğrama, dişli qaşov tipli sıyırma, ütü, rəndə formalı yonma-sığallama alətləri aşkarlanıb. Bu alətlər həmin dövrün texniki səviyyəsinə qeyri-adilik gətirir. Qazıntılar zamanı alt laylardan, həmçinin kömür, fauna qalıqları da götürülüb. Tapılan fauna qalıqları iri onurğalı və xırdabuynuzlu heyvanlara, quş və gəmiricilərə aid edilir.
Ekspedisiya rəhbərinin dediyinə görə, builki tədqiqatlar zamanı Xorqaya mağarasında tapılan əmək alətləri forma, ölçü və işlənmə üsullarına, biçim tərzinə görə orijinal təsir bağışlayır. Belə ki, arxaik Aşel (670 min il əvvəl) dövrünə aid Azıx mağarasının 6-cı təbəqəsindən də çopperlərlə yanaşı, əl çapacaqları, müxtəlif qaşov itiuclular və başqa növ əmək alətləri üzə çıxarılmışdı. Azıx mağarasında Xorqaya formalı alətlər yoxdur. Belə aydın olur ki, ibtidai insan kollektivləri fərqli-fərqli texniki əməyə əsaslanan alət dəstlərinə malik olublar.
Mənsur Mənsurov qeyd edib ki, Xorqaya paleolit dövrü mağara düşərgəsindən tapılan əmək alətləri və əşyaların Cənubi Qafqazda orijinallığı ilə seçilən ən parlaq mədəniyyət olduğu bariz şəkildə nəzərə çarpır.
Qax və Zaqatala ərazisində Qafqazda analoqu olmayan paleolit mağara düşərgələrinin tədqiqatı davam etdirilir