Quba, 31 yanvar, Elxan Yusifli, AzərTAc
Quba Olimpiya Kompleksində Azərbaycanın “Baku Fires” boks klubu ilə Qazaxıstanın “Astana Arlans” komandası arasında görüş başlayıb.
AzərTAc xəbər verir ki, Dünya Boks Seriyasının (WSB) üçüncü tur qarşılaşmasında ilk döyüş “Baku Fires” klubunun üzvü Rəsul Saliyevlə (49 kq) Temirtas Jusupov arasında keçirilir.
Digər dörd döyüşdə Məhəmməd Qurbanov (56 kq) Nursultan Koşequlovla, Heybətulla Hacəliyev (64 kq) Asxat Ualixanovla, Jaba Xositaşvili (75 kq) Meyrim Nursultanovla, Rahil Məmmədli (91 kq) isə Vasili Levitlə üz-üzə gələcəklər.
“Baku Fires” boks klubu bundan əvvəlki turlarda bir qələbə qazanıb, bir qarşılaşmada isə məğlub olub. “Astana Arlans” komandası isə hər iki qarşılaşmanı qələbə ilə başa vurub.
Azərbaycan komandası B qrupunda “İtalia Thunder”, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və “USA Knockouts” klubları ilə birlikdə yer alıb.