Türkiyənin "Fənərbağça" klubu maddi cəhətdən tarixinin ən çətin dövrlərindən birini yaşayır. İstanbul təmsilçisinin yaxın və uzun müddətdə ödəməli olduğu borcun məbləği 28 milyard lirəyə yaxınlaşır.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Fənərbağça" klubunun nəzarət-təftiş komissiyasının sədri Mehmet Vodina açıqlama verib. Klub rəsmisi dəqiq rəqəmlər səsləndirib. Qeyd edib ki, "Fənərbağça"nın toplam borcu 27 milyard 821 milyon lirə (təxminən 100 milyon manat) təşkil edir.
Mehmet Vodina "Fənərbagça"nın borcunun sabiq prezident Ali Koçun dövrünə aid olduğunu bildirib.