Türkiyənin “Qalatasaray” klubu dünya şöhrətli iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, sarı-qırmızılı komandanın əsas oyunçularından olan İlkay Gündoğan və İsmail Jakobs 2027-ci ildən etibarən “Qalatasaray”ın formasını geyinməyəcək. Bununla bağlı baş məşqçi Okan Brukun qərar verdiyi bildirilir.
Qeyd edək ki, İlkay Gündoğanın xanımı Sara Gündoğan bir neçə gün əvvəl həyat yoldaşına ünvanlanan ittihamlara sərt cavab verib. O, İlkay Gündoğanın ehtiyat oyunçular skamiyasında əyləşməsinə görə baş məşqçi Okan Buruku ittiham edib. Bundan sonra məşqçi ilə yetirməsi arasında ziddiyyətlər daha kəskin xarakter alıb.
Türkiyə mətbuatının yazdığına görə, İsmail Jakobs isə zəif oyun nümayiş etdirdiyi üçün onun yola salınmasına qərar verilib.
“Qalatasaray”ın qış transfer pəncərəsi dövründə heyətini yeni futbolçularla gücləndirəcəyi gözlənilir.