Xəbər verdiyimiz kimi, bu gün UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində Azərbaycan və Litva milli komandaları üz-üzə gələcək.
Metbuat.az xəbər verir ki, Kaunas şəhərindəki “Dariaus ir Girėno” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Oyunu Azərbaycanda “CBC Sport” telekanalı canlı yayımlayacaq.