Elmar Məmmədyarov Koreya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Paylaş
·46 baxış·1 dəq oxu
Bakı. 9 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. XİN-dən "Report"a verilən məlumata görə, səfir Çoi Suk İn diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Nazir Elmar Məmmədyarov səfir Çoi Suk İnə gələcək fəaliyyətində uğurlar arzulayıb.