Zaqatala, 11 oktyabr, AZƏRTAC
“Azərpoçt” MMC-nin Zaqatala poçt filialının kollektivi 2015-ci ilin ötən doqquz ayını uğurlu göstəricilərlə başa vurub. Müddət ərzində filial üzrə 317 min manat tarif gəliri əldə edilib. O cümlədən ənənəvi poçt xidmətlərindən əldə olunan gəlir 245 min manat təşkil edib.
Bu barədə AZƏRTAC-a Zaqatala Poçt Filialının rəisi Namidə Süleymanova məlumat verib.
N.Süleymanova bildirib ki, hazırda filial tərəfindən rayon əhalisinə 35 növdən çox poçt xidmətləri göstərilir. Kollektiv xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün hesabat dövründə səmərəli fəaliyyət göstərib, poçt göndərişlərinin öz ünvanlarına vaxtında çatdırılmasına ciddi nəzarət edilib.