Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində “Mənim Xocalım bölgələrdə” layihəsi həyata keçirilib.
Sumqayıt şəhəri Gənclər Evində keçirilən tədbirdə şəhər gəncləri iştirak edib.
Peşəkar və həvəskar fotoqrafların işlərindən ibarət olacaq və Xocalı həqiqətlərini əhatə edəcək fotoşəkillərdən ibarət sərginin respublikanın 4 şəhərində keçirilməsi nəzərdə tutulub. Sərgi Gəncə, Quba, Lənkəran və Sumqayıt şəhərlərində təşkil olunacaq. Bu sərgini digərlərindən fərqləndirən cəhət fotoların hər birinin müasir dövrümüzdə və Xocalı soyqırımını əks etdirən (Xocalı fotoqrafın gözü ilə) mövzuda çəkilməsidir.
Layihənin əsas məqsədi isə bölgə gənclərini Xocalı soyqırımı haqqında maarifləndirmək, Xocalı həqiqətlərini çatdırmaq və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsidir.
Sumqayıtda “Mənim Xocalım bölgələrdə” layihəsi üzrə fotosərgi keçirilib
Sumqayıtda “Mənim Xocalım bölgələrdə” layihəsi üzrə fotosərgi keçirilib