İraq aviasiyası İŞİD lideri Əl-Bağdadinin maşın karvanına zərbə endirib
Paylaş
·78 baxış·1 dəq oxu
Bakı. 11 oktyabr. REPORT.AZ/ İraq aviasiyası "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) lideri Əbu Bəkr əl-Bağdadinin maşın karvanına zərbə endirib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bombardıman Ənbar əyalətində baş tutub. Terrorçu liderin aqibəti məlum deyil.