Bakı, 12 oktyabr, AZƏRTAC
ABŞ-da “Southwest Airlines” aviakompaniyasının yüzlərlə reysi şirkətin kompüter şəbəkəsindəki texniki nasazlıq səbəbindən gecikir. Nasazlığın sərnişinlərin qeydiyyatı sistemində baş verdiyi bildirilir.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, aviakompaniyanın nümayəndələri sərnişinlərə aeroporta iki saata qədər tez gəlmələri barədə xəbərdarlıq ünvanlayıb. Nasazlığın səbəbi bəlli olmasa da, şirkətin nümayəndələri haker hücumunu istisna edirlər.
Texniki nasazlıqla əlaqədar ABŞ-da aviakompaniyanın ümumilikdə 450-dən çox reysi gecikir. Hələ ki, sistemdəki nasazlığın nə zaman aradan qaldırılacağı barədə informasiya yoxdur.