Daşkənd, 1 fevral, AzərTAc
Özbəkistanın sharh.uz portalı Xocalı faciəsi ilə bağlı “Xocalı soyqırımı 20-ci əsrin ən dəhşətli cinayətlərindən biridir” adlı geniş material yayıb.
AzərTAc xəbər verir ki, məqalədə soyqırımın yaranma səbəbləri haqqında məlumat verilir.
Məqalə “Xocalı-ilk nişangah”,”Faciənin xronikası”,”Memoreal” İnsan Hüquqları Mərkəzinin hesabatından”,”Əhalinin çıxması üçün dəhliz olubmu?”,“Əldə olunan məlumatların qiymətləndirilməsi” və “Tarix unutmayacaq” yarımsərlövhələri ilə verilib.
Bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birgə görünməmiş vəhşiliklər törədib, uşaqlar, qadınlar, qocalara aman verilməyib, südəmər körpələr süngüyə keçirilib.
Materialda o müdhiş gecə həlak olanların, itkin düşənlərin 63-ünün uşaq, 106-sının qadın, 70 nəfərinin isə qadın olduğu bildirilir. Qeyd olunur ki, səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib.
Yazıda deyilir ki, fevralın 26-sı Xocalı Soyqırımı Günü élan edilib və Azərbaycan xalqı həmin gün saat 17-də faciədə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edir.
Məqalədə dünyanın nüfuzlu qəzetlərində Xocalı faciəsi haqqında yazılardan sitatlar da yer alıb.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd