“AzeriCard" prosessinq mərkəzi xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə daxili sistemində növbəti yenilənmə işləri aparır.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, oktyabrın 16-dan 17-nə keçən gecə, növbəti yenilənmə işlərinin aparılması ilə əlaqədar olaraq gecə saat 00:00-dan səhər saat 06:00-dək bankomat şəbəkəsi, POS-terminallar, plastik kartlar və elektron kommersiya sisteminin işi müvəqqəti dayandırılacaq.

Aynur Vəliyeva