Bakı, 15 oktyabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) hərbi xidmətdə olan gənclər arasında maarifləndirmə tədbirlərini davam etdirir.
İSİM-dən AZƏRTAC-a bildirilib ki, məqsəd hərbi xidmətdə olan gənclər arasında tütünçəkmənin və digər neqativ halların profilaktikasının gücləndirilməsindən ibarətdir. Oktyabr ayında keçirilən təbliğat xarakterli görüşlərdə İSİM-in mütəxəssisləri Səbuhi Abdullayev, Tofiq Musayev və Rüfət Rəhimov zərərli vərdişlərin fəsadları barədə məruzə ediblər.
Görüşlərdə, həmçinin hərbi xidmətdə olan gənclərə İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanılıb.