Bakı, 15 oktyabr, AZƏRTAC
Bakının “Neftçi” futbol klubunun U-14 komandası Rusiyanın Krasnodar şəhərində təşkil olunan “Dəri top” beynəlxalq turnirində ardıcıl üçüncü qələbəsini bayram edib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 15-də keçirilən görüşdə “Neftçi” "Spiru Xaret" (Kişinyov, Moldova) komandasını 4:1 hesabı ilə üstələyib. Komandamızın heyətində Valeh Qəhrəmanlı dubl edib, Musa Qurbanlı və Murad Abbaslı hərəyə bir dəfə fərqləniblər. Bakı klubu “B” qrupundakı dördüncü oyununu oktyabrın 16-da “Nadejda” (Krasnodar, Rusiya) komandasına qarşı keçirəcək.
Yeniyetmə futbolçularımız turnirin ilk matçında “Umed” (Düşənbə, Tacikistan) klubunu 3:0, ikinci görüşdə isə “Puls” (Yakutsk, Rusiya) komandasını 2:1 hesabı ilə məğlub etmişdilər.