"Qalatasaray" futbol klubunun holland ulduzu Sneyder və model həyat yoldaşı Yolante Kabau ikinci dəfə övlad sevinci yaşayıblar.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Kabau bu gün oğlunu dünyaya gətirib. Körpənin vəziyyətinin yaxşı olduğu deyilir.

"Qalatasaray" klubunun rəsmi internet saytında futbolçunu təbrik mesajı yayımlanıb. Kıvanç Tatlıtuğ və sevgilisi Başak Dizer xəstəxanaya gedərək cütlüyü təbrik ediblər.

Xatırladaq ki, Yolante hamiləlik vaxtı çəkdirdiyi açıq-saçıq fotolarla gündəmə gəlmişdi.

Futbolçunun qalmaqallı həyat yoldaşı ana oldu - foto

Futbolçunun qalmaqallı həyat yoldaşı ana oldu - foto

Futbolçunun qalmaqallı həyat yoldaşı ana oldu - foto