Bakı, 16 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilati, Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Hər kitab bir ağacdır” layihəsinə yekun vurulub.
YAP GB-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə layihə rəhbəri Maya Məmmədova bu gün təbiətin qorunmasının, ətraf mühitin mühafizəsinin hər bir vətəndaşın vəzifəsi və həyat tərzi olmasının vacibliyini qeyd edib.
Sonra layihə çərçivəsində çapdan çıxan kitabdan söz açan M.Məmmədova nəşrdə kağızlardan səmərəli istifadə etmək və təbiəti qorumaq baxımından gənclər üçün faydalı məlumatların toplandığını bildirib.
YAP Gənclər Birliyin əlaqələndiricisi Elmar Məmmədov layihənin əhəmiyyətindən söz açıb.
Tədbirin sonunda layihənin həyata keçirilməsində fəallıqları ilə seçilən gənclər mükafatlandırılıb.