Ağdam, 17 oktyabr, AZƏRTAC
“Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin “Regionun gənc seçicisi” layihəsi çərçivəsində Ağdam, Tərtər və Bərdə rayonlarında keçirdiyi maarifləndirmə tədbirləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə həyata keçirilən layihədə əsas məqsəd gənc seçicilərin, xüsusilə də səsvermədə ilk dəfə iştirak edəcək gənclərinin maarifləndirilməsi, onların seçki prosesinə marağının artırılmasına, seçkidə daha aktiv iştirak etmələrinə nail olmaqdır.
Tədbirlərdə çıxış edənlər Seçki Məcəlləsi, seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydaları, seçkidə müşahidəçi kimi iştirak etmək hüququ, müşahidəçilərin hüquq və vəzifələrindən danışıb, gəncləri noyabrın 1-də keçiriləcək parlament seçkilərində fəal olmağa, öz vətəndaş hüquqlarından istifadə etməyə çağırıblar.
Beş gün davam edən layihə çərçivəsində gənclər seçki məntəqələrinə aparılıb, bütün iştirakçılara maarifləndirici materiallar paylanılıb.
“Regionun gənc seçicisi” layihəsi çərçivəsində keçirilən maarifləndirmə tədbirləri başa çatıb