Sakit Okeanın Melanezriya bölgəsində yerləşən kiçik ada dövlət olan Vanuatu parlamentinin spikeri Marsellino Pipite və 7 deputat rüşvətxorluqla korrupsiyada suçlanırdılar.

Milli.Az ABC News-a istinadən bildirir ki, ölkənin Ali Məhkəməsinin qərarına görə, Pipite parlament deputatlarına rüşvət paylamaqla spiker seçilmişdi.
Məhkəmə qərarını açıqlayanda prezident Bolduin Lonsdeylin xaricdə səfərdə olmasından və bu səbəbdən dövlət başçısı səlahiyyətlərini müvəqqəti icra etməsindən yararlanan Pipite fərman imzalayaraq özü ilə yanaşı, əlbir olduğu 7 deputatı əfv edib.
"Ölkədə sülh və əmin-amanlığı qorumaq üçün belə addım atdım", - M.Pipite deyib.
Fərman ölkədə qalmaqal yaratdığından Vanuatu prezidenti B.Londsdeyl olayı araşdıracağını vəd edib.

Milli.Az

Parlament spikeri özünü əfv etdi - FOTO
Parlament spikeri özünü əfv etdi - FOTO
Parlament spikeri özünü əfv etdi - FOTO