Bakı, 19 oktyabr, AZƏRTAC
Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının sədri İlham Əhmədovun "Kişi sonsuzluğunun müasir diaqnostika və müalicəsi" adlı kitab işıq üzü görüb.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, dərs vəsaitinin nəşrində əsas məqsəd son dövrlərin ən aktual problemi olan kişi sonsuzluğu haqqında oxucularda ətraflı və aydın təsəvvür yaratmaqdır. Kitabda sonsuzluğa səbəb ola biləcək etioloji amillər, xəstəliklər, patoloji vəziyyətlər geniş təhlil olunub, sonsuzluğun diaqnostikası və müalicəsində istifadə olunan ən son üsullar haqqında geniş məlumat verilib.
Kitab tələbə və rezidentlər üçün, eləcə də bu sahə ilə məşğul olan həkimlər, tədqiqatçılar üçün nəzərdə tutulub.