Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan idmançısı Ayşad Əsgərli böyüklər arasında kempo döyüş növü üzrə Avrasiya çempionu olub.
AZƏRTAC xəbər verir ki, “Şağan” Olimpiya İdman Kompleksində təşkil olunan yarışda Ayşad Əsgərli finalda İran təmsilçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmanın bu növü üzrə Azərbaycan çempionu olan A.Əsgərli dünya birinciliyinin gümüş mükafatçısıdır.
A.Əsgərli Bakı Slavyan Universitetinin filologiya fakültəsinin dördüncü kurs tələbəsi, eyni zamanda, rektorun innovasiya və texnologiya üzrə müşaviridir.