Naxçıvan, 20 oktyabr, Rauf Əliyev, AZƏRTAC
İslam Hümbətov adına Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan yarışda 9 çəki dərəcəsində 60 idmançı iştirak edib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, idmançılara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara ətraflı məlumat verib.
Beynəlxalq Cüdo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Zaur Eyvazov, Sənan Cəfərov, Fərhad Heydərov, Hüseyn Salayev, Fikrət Rəhimli, Əli Əlizadə, Vüqar Allahverdiyev, Ayaz Vəliyev və Aqil Musayev müvafiq olaraq 29, 32, 35, 38, 42, 46, 50, 54 və 63 kiloqram çəki dərəcələrində birinci yerləri tutublar.
Sonda qalib idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
Cüdo üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri məlum olub
Cüdo üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri məlum olub
Cüdo üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri məlum olub