"Yaşıdlarım olan kişilərlə darıxıram. Onlar daim xəstəliklərindən danışırlar, cansıxıcı və darıxdırıcı insanlardır bu adamlar. Amma özümdən yaşca çox kiçik, gənc kişilərlə əylənməyi, onlarla sevişməyi çox sevirəm. Axı yaşım az olmasa da, ruhən gəncəm. İnternetdə tanış olduğum və sonra görüşdüyüm yüzlərlə məşuqum var".
71 yaşlı Marqarent Kollinz nənədir, ahıl qadındır. Lakin buna rəğmən o, özünü gənc, enerjili sayır və gecə klublarında, diskotekalarda, barlarda əylənməyi çox sevir. Üstəlik o, gənc kişilərlə "eşq macəraları"ndan doymadığını söyləyir.
Milli.Az Barcroft-a istinadən bildiririr ki, Marqaret Kollinzin sözlərinə görə, son 12 ildə 200 kişi ilə "nisbətən uzunmüddətli" münasibətlərdə olub. Həmin kişilərin ən gənci 22, ən yaşlısı isə 38 yaşda olub.
İngiltərənin Nyukasl şəhərində yaşayan Marqaret Kollinz İnternetdəki müxtəlif tanışlıq saytlarında qeydiyyatdan keçib və oradan özünə yeni sevgililər tapır.
"Qızım Mendi ilə birlikdə gecə klublarına getməyi sevirik. Orada gənc kişilər daim bizimlə maraqlanırlar. Əminəm ki, əsl həyat 70 yaşdan sonra başlanır. Özümü heç zaman indiki təki şən, gümrah hiss etməmişdim. Qocalığımı şən keçirmək istəyirəm. Kişilər mənimçün ölürlər", - Marqaret Kollinz söyləyib.
Marqaret Kollinzin 4 nəvəsi var və onun böyük nəfəsi Şeyla bu yaxınlarda ana olacaq.
Milli.Az









