​Mətbuat Şurasına yeni üzvlər qəbul olunub

17:37 21 Oktyabr 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bu barədə "Report"a Şuradan bildirilib.
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib.
Öncə Mətbuat Şurası sıralarına yeni üzvlər qəbul olunub. İdarə Heyətinin üzvləri müzakirələrdən sonra bir sıra kütləvi informasiya vasitələrinin Şuranın sıralarına qəbulu barədə qərarlar qəbul ediblər. "Qarabağa aparan yol", "Kənd həyatı", "Respublika gəncləri" qəzetləri, "Təhsil", "Azeri Defence", "Milli zəka" jurnalları qurumun yeni üzvləri olublar. Bu sırada daha beş bölgə qəzeti də təmsil olunacaq. Bunlar Tovuzun, Mingəçevirin, Şuşanın eyni adlı mətbu nəşrləri, "Yeni Gəncə" və "Gündoğar" qəzetidir (Neftçala rayonu).
Yeni üzvlər sırasında "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyi də var.
Mətbuat Şurasına onlayn media vasitələrinin qəbulu diskussiyalarla müşahidə olunub. Belə ki, "Xeberler.az", "Gün.az", "Avrasiya.net", "Azxeber.com", "Olke.az", "İstiqlal.az", "Azpolitika.info", "Aktual.az" saytları da MŞ-nin yeni üzvləri olublar. "Yenilik.az" və "Yenicag.az" saytları isə bu KİV-lərin MŞ tərəfindən iki aylıq monitoringinin aparması şərti ilə Şuraya üzv qəbul ediliblər.
İclasda təklif edilib ki, Mətbuat Şurasına üzv olmaq istəyən onlayn media vasitələri üçün tələblər bir qədər də təkmilləşdirilməlidir. Belə ki, ərizə ilə müraciət edən hər bir KİV-in monitorinqi aparılmalı və monitorinq qrupunun da rəyindən sonra sənədlər İdarə Heyətinin müzakirəsinə çıxarılmalıdır.
İclasda Mətbuat Şurasının Şikayətlər və Komissiyasının rəyləri əsasında MŞ-nin qərarları da qəbul olunub. "Şəfəqə doğru", "Demokratik dövlət" qəzetlərinə, "Vətənim Azərbaycan" jurnalına və "Qafqaznews. az" saytına etik prinsiplərin tələblərinə sayğısızlıq göstərdiklərinə görə Mətbuat Şurasının xəbərdarlığı edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/media/metbuat-surasina-yeni-uzvler-qebul-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR