Həyat yoldaşı ilə mübahisə edən kişi özünü yandırdı: yaralılar var

Həyat yoldaşı ilə mübahisə edən kişi özünü yandırdı: yaralılar var
17:48 21 Oktyabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Bu gün axşam saatlarında Gəncədə yanğın hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, şəhərin Cavadxan qəsəbəsində Dilqəm Qocayev ailə münaqişəsi zəminində həyat yoldaşı Ruhanə Qocayeva ilə mübahisə edib və bundan sonra üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. R.Qocayeva və qayınatası Yusif Əhmədov onu xilas etmək istəyərkən özləri də yanıq xəsarətləri alıblar.

Eyni zamanda hadisə baş verən fərdi evin bir otağı yanıb. Hadisə yerinə Gəncə Şəhər Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Hər üç şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2446810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR