Bakı, 22 oktyabr, Ramiz Quliyev, AZƏRTAC
Oktyabrın 22-də Heydər Əliyev Mərkəzində "İtaliya dizaynı və stili" mövzusunda ustad dərsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə İtaliyanın Bakıdakı səfiri Ciampaolo Kutillo çıxış edərək Azərbaycanın ölkəsi üçün böyük maraq kəsb etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan İtaliyanın iqtisadi tərəfdaşıdır, xüsusilə də neft ixracatı sahəsində bu əlaqələr getdikcə daha çox inkişaf edir. Onun sözlərinə görə, Azərbaycanda hazırkı və gələcək layihələr üçün əlverişli biznes imkanları var.
İtaliya dizaynı və memarlığı haqqında söz açan diplomat deyib ki, ölkəsi bu sahədə dünyada öndə gedir. İtaliya dizaynı və stilində daim yenililklər müşahidə edilir, memarların işi yüksək qiymətləndirilir.
İtaliyalı dizaynı haqda geniş məlumat verən memar Maurizio Molini italyan dizaynının dünya memarlığı üçün geniş perspektivlər açdığını söyləyib.
Sonra İtaliya memarlarının iştirakı ilə bu ölkənin qədim və müasir memarlıq nümunələri nümayiş etdirilib, onların stil və dizaynı haqqında ətraflı məlumat verilib.
Bakı, “İtaliya dizaynı və stili” mövzusunda ustad dərsi təşkil olunub