Tokio, 23 oktyabr, AZƏRTAC.
Tokio-2020 Olimpiya və Paralimpiya Oyunları üçün yeni emblemlərin seçimi ilə məşğul olan komissiyanın bildidiyinə görə, namizədlər arasından 100-dən 300-dək qrafik layihənin seçimi cari ilin sonunadək başa çatacaq. Emblemin son seçimi isə gələn ilin yazında yekunlaşacaq.
Tokio Olimpiadasının təşkilat komitəsi tərəfindən bu komissiya əvvəlki emblemlərin müəllifləri plagiatda təqsirli bilindiklərinə görə yaradılıb.
Komissiyadan bildiriblər ki, müsabiqəyə on minlərlə işin təqdim ediləcəyi gözlənilir. Buna səbəb layihələrin müsabiqəyə təqdimatının ilkin mərhələsində şərtlərin həddindən artıq asan olması göstərilir. Əvvəlki emblemlərin seçimi zamanı şərtlər çox ciddi olduğuna görə, müsabiqəyə cəmi 104 layihə təqdim edilmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio