S.Qasımov qeyd edib ki, şirkət bu ölkənin Kumbor adasındakı hərbi bazanı istirahət mərkəzinə çevirmək layihəsində iştirakçı olub. Onun sözlərinə görə, indi isə həmin layihə Azərbaycan tərəfinə ötürülür.
Qeyd edək ki, SOCAR 2012-ci ildə Monteneqronun Kumbor ərazisindəki “Orijen Battalion” hərbi bazasını istirahət mərkəzinə çevirməsi üçün icarəyə götürüb. Turizm-kurort kompleksinin dəyəri 281,2 mln. dollar həcmində qiymətləndirilir. Layihəni "Azmont Investments" şirkəti reallaşdırır.
Bu yaxınlarda isə SOCAR-ın Monteneqroda bank açmağı planlaşdırdığı barədə məlumatlar yayılmışdır.