Bakı, 27 oktyabr, AZƏRTAC
Noyabrın 2-də Milil Onkologiya Mərkəzində Azərbaycan onkoloqları elmi-tibbi cəmiyyətinin növbəti iclası keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclasda metastatik kolorektal xərçəngin müasir müalicə strategiyası, kimyəvi terapiyanın nəticələri mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.