"Hakim Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkilərində böyük səs çoxluğu qazana bilər". Bunu Seçki-2015.az saytına qazaxıstanlı politoloq, "Avrasiya Dünyası" İctimai Fondunun rəhbəri Eduard Poletayev deyib.

O bildirib ki, seçkilərdə ən vacib siyasi prosedur cəmiyyəti birləşdirmək və hakimiyyətə etimad göstərməkdir.

"Kənardan hiss olunur ki, Azərbaycanda bu prosedur kifayət qədər ciddidir. Bu, Yaxın Şərqdə gərginliyin artdığı və dünya bazarında neftin qiymətinin düşdüyü bir vaxtda çox vacibdir. Azərbaycandakı seçkilər əhəmiyyətli rəqabət mühiti ilə seçilir. Bu gün faktiki 1 mandat uğrunda 6 namizəd mübarizə aparır", - deyə qazaxıstanlı ekspert bildirib.

Fondun rəhbəri parlament seçkilərinin nəticələrinin Azərbaycan-Qazaxıstan əlaqələrinə hər hansı təsir edəcəyini inandırıcı saymır. "Bu əlaqələr artıq uzun müddətdir ki, konstruktivliyi ilə fərqlənir. Qazaxıstan Mərkəzi Asiyada Azərbaycanın ən vacib tərərfdaşıdır. Qazaxıstanda kifayət qədər azərbaycanlı yaşayır, iqtisadi-ticari əlaqələr yüksək səviyyədədir. Xəzər hövzəsilə bağlı dialoq davam edir. Bununla belə, siyasi güclər Azərbaycanla Qazaxıstan münasibətlərinə təsir etmir", - deyə Eduard Poletayev bildirib.

Milli.Az