Dünyanın ən cazibədar qadını və yaraşıqlı kişisinin qızı görənləri təccübləndirməyi bacarıb. ANS PRESS-in məlumatına görə, söhbət Ancelina Coli və Bred Pitin doğma qızı Şilodan gedir.

Hollivudun ən yaraşıqlı cütlüyü olan aktyorların övladları getdikləri hər yerdə böyük marağa səbəb olurlar. Bu dəfə isə onlar Los Anceles hava limanında görüntüləniblər.

Ancelina Coli böyük uşaqları Maddoks, Pakx, Zahara və Şilo ilə, Bred Pitt isə əkizləri Vivienna və Knoksla birlikdə aeroportu tərk edib.
Həmişəki kimi qara rəngə bürünən Coli öz çemodanını özü, uşaqlar hərəsi isə öz çantalarını aparıblar.

Dünyanın ən gözəl qadının qızı oğlan oldu (FOTO)


Ailənin ən çox maraq doğuran siması isə 9 yaşlı Şilo olub. O, qardaşları kimi saçlarını qısa kəsdirib və oğlan geyimində olub. İllərdir ki, oğlan uşağı kimi geyinən Şilonun artıq qız olduğunu demək çətinləşib, onu oğlandan fərqləndirmək olmur. Uşağın atasına olan bənzərliyi də diqqətdən qaçmayıb.

Xatırladaq ki, hələ ötən il Coli "Vanity Fair" jurnalına müsahibəsində qızının oğlan olmaq istədiyini demişdi.
"Qızımız oğlan kimi geyinmək istəyir. Bizdə onun istədiyi kimi etdik. O, son dərəcə zarafatcıl və əyləncəli insandır".

Dünyanın ən gözəl qadının qızı oğlan oldu (FOTO)

Xatırladaq ki, A.Coli və Bred Pitin 6 övladı var. Onlardan üçün övladlıq, üçü isə doğmadır.

Dünyanın ən gözəl qadının qızı oğlan oldu (FOTO)
Şilo atası Bred Pitə bir almanın yarısı kimi bənzəyir

Dünyanın ən gözəl qadının qızı oğlan oldu (FOTO)
Şilo gəzintidə.