Müğənni Samin Dəniz “Ulduzumsan” adlı yeni mahnısını və fotosessiyasını təqdim edib.
Metbuat.az-ın məlumatına görə, sənətçi bildirib ki, uzun müddətdir bu mahnı üzərində çalışıb. Samin əmindir ki, insanlar dinlədiyi zaman çox bəyənəcəklər. Bu mahnı insanları düşüncələri ilə uzaqlara aparacaq.
Qeyd edək ki, "Ulduzumsan" adlı bəstənin sözləri Zeynəb Ədalətqızına, musiqisi isə Elvin Abdullayevə məxsusdur.







