Azərbaycan neftinin qiymətləri: 22-26 dekabr həftəsinin yekunları

13:08 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Emil İsmayılov/

Ötən həftə - 22-26 dekabr tarixlərində (Milad bayramı ilə əlaqədar 25 və 26 dekabr üçün məlumatlar yoxdur) Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti təxminən 61,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,6 dollar/barel azdır.

Trend-in məlumatına görə, 22-26 dekabr həftəsində AZERI LT-nin qiyməti maksimum 61,41, minimum isə 60,88 dollar/barel təşkil edib.

22-26 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti təxminən 55,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 1,39 dollar/barel azdır.

Ötən həftə URALS-ın qiyməti maksimum 55,73, minimum isə 54,72 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

22-26 dekabr həftəsində "Brent Dated" növünün orta qiyməti 58,7 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftəkindən 1,19 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 59 dollar, minimum isə 58,52 dollar/barel təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2348552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR