Kəpəz TV (Region TV) xəbər verir ki, qəzaya düşən digər avtomobil isə yoldan bir neçə metr çıxaraq su kanalına düşüb. Baş verən yol-nəqliyyat hadisəsi zamanı "Opel" markalı avtomobilin sürücüsü Tovuz rayon sakini Firuz Museyibov xəsarət almayıb. Digər sürücü, Bozalqanlı kənd sakini Yasin Qüdrətov da hadisədən xəsarətsiz ötüşüb.
Faktla bağlı Tovuz Polisi araşdırma aparır.
Milli.Az