Bakı, 3 fevral, AzərTAc
Martın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azərbaycanlılara Qarşı Soyqırımların Tədqiqi Komissiyası və AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Soyqırımı xalq yaddaşında” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
İnstitutdan AzərTAc-a bildirilib ki, konfransda “1905-ci il soyqırımları xalq yaddaşında və tarixi qaynaqlarda”, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və erməni-türk qarşıdurmaları”, “Erməni-Osmanlı münasibətləri və soyqırım məsələləri”, “Urmiya və Salmasda erməni quldurlarının törətdiyi qətliamlar”, “Sumqayıt hadisələri”, “Qarabağ müharibəsi və soyqırımlar” mövzularında məruzələr dinlənilərək müzakirə ediıəcəkdir.