Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
Bütün beynəlxalq müşahidəçilər noyabrın 1-də Milli Məclisə keçirilniş seçkilərə müsbət rəy bildirdi. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov qeyd edib: "Nəhayət ki, Avropa Şurası Parlament Assambleyası da Azərbaycanda keçirilən seçkilərə normal qiymət verdi".
MSK sədri əlavə edib ki, AŞ PA-nın qiyməti mühüm əhəmiyyət kəsb edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az