4 kişidən 6 övladı olan bu qadın dünyanın ən fəndgir, ən hiyləgər və ən uğurlu market oğrusu sayıla bilər. Çünki o, Londondakı dükanlardan indiyədək 2 milyon funt-sterlinq (3,08 milyon dollar) məbləğində oğurluqlar etdiyini deyir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 54 yaşlı Kim Farri 9 yaşından bəri dükanlardan oğurluqla məşğul olduğunu deyir. Əməllərinə görə indiyədək 30 dəfə xəbərdarlıq və şərti cəza almış Farri 5 dəfə həbsxanaya düşüb.

Buna rəğmən o, oğurluqdan əl çəkməyib.

"Normal, istədiyim kimi yaşamağa alışmışam. Həyatımın təminatı üçün həftədə minimum 1000 funt-sterlinqə ehtiyacım var. Hansısa dükanda və ya ofisdə işləyərək bu pulu qazanmağım mümkün deyil. Ona görə də oğurluq edirəm", - Kim Farri deyib.

Kim Farrinin Londonun Middlseks səmtində, Teddinqtonda olan 3 yataq otaqlı evində bolluqdur. Onun otaqlarında ayaqqabılar, paltarlar doludur. Özü də geyimlər və ayaqqabıların hamısı məşhur brnedlərin istehsalıdır.

Bütün bunlarla yanaşı, Kim Farri rəsmən işsiz olduğu üçün müavinət alır.

"İşsizliyə görə mavinət alıram. Amma artıq yetər, həyatımı dəyişmək qərarına gəlmişəm. İş axtarıram. Mən də cəmiyyətin normal üzvü olmaq istəyirəm. Ayda ən azı 10 min funt-sterlinq maaş olsa, razılaşaram", - Kim Farri deyib.

Milli.Az

Dükanlardan 3 milyonluq oğurluq edən 6 uşaq anası - FOTO