Kolumbiyalı müğənni Şakira İnstaqram hesabında təkcə yaradıcılıq işlərini deyil, hərdən ailə fotolarını da paylaşır.

Axşam.az-ın məlumatına görə, dünya şöhrətli ifaçı ailəsi ilə birgə "Hellouin" fotosunu yayımlayıb. Ancaq onlar qorxulu xarakterlərə deyil, 60-cı illərin məşhur "Topo Gigio" şousunun personajları olublar.

Qeyd edək ki, "Barselona" futbol klubunun ulduzu Jerar Pike ilə evli olan Şakiranın 2 oğlu var - Milan və Saşa.

Şakira və Pikenin oğulları ilə yeni fotosu

İki həftə əvvəl də o, oğulları ilə fotosunu paylaşmışdı.

Şakira və Pikenin oğulları ilə yeni fotosu