Bakı, 4 noyabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycanda mövcud istilik və elektrik enerjisi tariflərinin artırılması ilə bağlı hazırda heç bir məsələ müzakirə olunmur.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində energetika nazirinin müavini Natiq Abbasov məlumat verib. N.Abbasov bildirib ki, Azərbaycanda inkişaf gedir və gələcəkdə enerjiyə tələbat artacaq. Hazırda alternativ enerji mənbələrinin istehsalı ilə əldə olunan enerjinin baha başa gəldiyini deyən nazir müavini qeyd edib ki, bu enerji növünün də qiymətinin dəyişdirilməsinə baxılmır.