"Report" xəbər verir ki, bu haqda "əş-Şarq əş-Ousat" məlumat yayıb.
Qvardiyada yüksək rütbəli zabitlərin istefa vermə hallarının artması buna səbəb kimi göstərilib.
İranda isə zabitlərin bu hərəkəti fərarilik kimi də qiymətləndirilir.
Xəbərdə bildirlib ki, son bir neçə həftədə qvardiyanın 30 hərbçisi Suriyadakı döyüşlərdə həyatını itirib.
İranın "əl-Qüds" qoşununun komandirlərindən birinin - Hüseyn Həmədaninin Suriyada İŞİD terrorçuları tərəfindən öldürülməsi zabitlərin istefasına təsir göstərən əsas amillərdən sayılır.
"Al-Arabiya" və "Al-Jazeera" telekanalları isə bildirib ki, Livan "Hizbullah"ının silahlıları Suriyanın şimal-qərbində İdilib əyalətindəki döyüşdə ciddi itki veriblər.
Məlumatda bildirlib ki, noyabrın 4-5-də Suriyadakı döyüş zamanı bu terrorçu təşkilatın 16 silahlısı, o cümlədən "Hacı Cavad" adı ilə tanınan döyüş-səhra komandiri Əli Hüseyn Bəlxi də öldürülüb.
İran İnqilab Keşikçiləri Qvardiyası və onun əsas kadr bazası sayılan "Bəsic"in 4 döyüşçüsü də Suriyada həlak olub.
"Hizbullah" itikiləri haqda yayılan informasiyanı təkzib etsə də, İran KİV-i 4 döyüçünün ölməsi barədə xəbər yayaraq, məlumatı təsdiqləyib.