Bəhmən Həsənov "Neftçi" ilə oyunla (3:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Rəvan”ın baş məşqçisi bunları deyib:


“Bu cür hava şəraitində çox sürətli olan rəqibə qarşı ağır oyun keçirdik. “Neftçi”ni təhlil etmişdik, boşluqlarını bilirdik. Oynadıq və cari mövsümdə ilk qələbəmizi qazandıq. Ümidvaram ki, bu qələbə futbolçularda özünəinam yaradacaq və uğurların davamı gələcək. Futbolçulara minnətdaram və mənə inananlara təşəkkür edirəm. Futbolçuların potensialı var. Sadəcə, ardıcıl məğlubiyyətlərdən sonra futbolçuları motivasiya etmək çətindi. Amma həmin durumdan sonra qazanılan qələbənin davamı gəlir. İndiki qələbə şirin gəlsə də, daha çox sevinməyə imkan vermir. Çünki turnir cədvəlindəki mövqeyimiz yaxşı deyil”.


Fanat.az