Bakı, 10 noyabr, AZƏRTAC
Konstitusiya Günü münasibətilə noyabrın 10-da “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın təşkilində məqsəd mini kadetlər arasında ən güclü idmançıları müəyyənləşdirərək gələcəkdə yığma komandanın tərkibinə cəlb etməkdir.
Yarışda respublikanın əksər şəhər və rayonlarını təmsil edən 2004-cü il təvəllüdlü və daha aşağı yaşlı idmançılar mübarizə aparırlar.
Turnir şəxsi formatda, beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir.
Birinciliyə noyabrın 11-də yekun vurulacaq.