​“Azərbaycan dövlətçilik tarixində konstitusiyanın rolu” mövzusunda konfrans keçirilib

17:47 11 Noyabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Məlumata görə, hüquqşünas tələbələrin, gənc elmi işçilərinin və QHT nümayəndələrinin iştirakı ilə keçirilən konfransın əsas məqsədi Konstitusiyanın hüquqi Azərbaycanın qurulmasındakı rolu, əhəmiyyəti və təbliği yolları barədə müzakirə etmək, habelə gələcək üçün yeni hədəfləri müəyyənləşdirmək olub.
Tədbirdə əsas müzakirə obyekti Azərbaycan dövlətçiliyi tarixində mövcud olan konstitusiyalar və bugünkü Azərbaycan konstitusiyası fərqləndirən cəhətlər olub. 20 il bundan öncə qəbul edilən Konstitusiyanın üstünlükləri, orada insan hüquq və azadlıqlarına geniş yer ayrılmasına xüsusilə toxunulub, onun əvvəlki konstitusiyalardan köklü şəkildə fərqləndiyi barədə söhbət açılıb.
Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov bəzi tələbə-gənclərin Konstitusiya və onun vətəndaşların həyatında rolundan xəbərsiz olduğunu vurğulayaraq, bu ali sənədin öyrənilməsi üçün ciddi işlərin görülməsinə ehtiyac olduğunu qeyd edib. O, bu sahədə elmi işlərin hazırlanmasına, jurnalist araşdırmalarına, televiziya proqramlarına və digər maarifləndirici tədbirlərə ehtiyac olduğunu xüsusi vurğulayıb.
Sonda Konstitusiya Gününə həsr olunan videoçarx nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/azerbaycan-dovletcilik-tarixinde-konstitusiyanin-rolu-movzusunda-konfrans-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR