Turizm statistikası üzrə işçi qrupunun ikinci iclası keçirilib

Turizm statistikası üzrə işçi qrupunun ikinci iclası keçirilib
19:08 11 Noyabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyində turizm statistikası üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində turizm sahəsində məşğulluq, ölkəmizdə TSA (Turizm Köməkçi Hesabları) sisteminin tətbiqi, Turizmin ÜDM-dəki xüsusi çəkisi, xarici turistlərin xərcləri və bir sıra digər mühüm məsələlər müzakirə edilib, sözügedən sahə üzrə ən əsas göstəricilərin əldə edilməsi metodlarının təkmilləşdirilməsinə dair müxtəlif təklif və fikirlər səsləndirilib.
İclasda Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Statistika Komitəsi və Mərkəzi Bankın nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, işçi qrupunun birinci iclasından sonra turizm statistikasının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülüb, Turizmin ÜDM-də xüsusi çəkisinin hesablanmasının daha dəqiq aparılması məqsədilə DSK tərəfindən fiziki şəxslərin ilkin statistik məlumatlarının əldə edilməsi təmin edilib, turizm sahəsində çalışan işçilərin sayı Ümumdünya Turizm Təşkilatının (BMÜTT) beynəlxalq tövsiyələrinə (IRTS 2008) əsasən turizm sektoruna 14 xarakteristik sahə üzrə hesablanıb və digər göstəricilər üzrə yeni məlumatlar əldə edilib.
Turizm statistikası üzrə işçi qrupu, ölkəmizdə turizm statistikasının daha dəqiq aparılması, bu sahənin mövcud və potensial problemlərinin aidiyyəti qurumların birgə görüşləri, müzakirə və təklifləri əsasında həll edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Bu tip görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turizm_statistikasi_uzre_ischi_qrupunun_ikinci_iclasi_kechirilib-901137

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR