x
Loading...

​Dövlət İdarəçilik Akademiyasında 4 günlük əlavə təhsil kursları başlayıb

​Dövlət İdarəçilik Akademiyasında 4 günlük əlavə təhsil kursları başlayıb
20:37 11 Noyabr 2015
75 Sosial
Ölkə mətbuatı
A- A+
.

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Rəhbər Kadrların Fasiləsiz Təhsili Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşavirliyi xidmətinin intellektual dəstəyi ilə “Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasəti” istiqaməti üzrə əlavə təhsil kursları başlayıbBu barədə "Report"a Bakı Beynəlxalq Multikultiralizm Mərkəzindən məlumat verilib.
4 gün müddətində təşkil olunan kursda Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasının rayonları, Respublika tabeli şəhər icra hakimiyyətlərinin məsul əməkdaşları iştirak edir. Kursun əsas məqsədi dövlət idarəetməsində çalışan kadrlara Azərbaycanın dövlət siyasətinin önəmli istiqamətlərindən birini təşkil edən multikulturalizmin mahiyyəti, mənəvi və hüquqi, siyasi əsaslarının öyrədilməsindən ibarətdir. 
Kursda ilk mühazirəni Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev “Ulu Öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda oxuyub.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/dovlet-idarecilik-akademiyasinda-4-gunluk-elave-tehsil-kurslari-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR