Donbasda vəziyyət gərginləşir

Donbasda vəziyyət gərginləşir
04:49 12 Noyabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

ATƏT-in Xüsusi monitorinq missiyası noyabrın 10-da Ukraynanın Donetsk şəhəri ətrafında 90-dan çox partlayış qeydə alıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə missiyanın hesabatında deyilir.

 

“Xüsusi monitorinq missiyası Donetsk ətrafında 90-dan çox partlayış, o cümlədən 82 mm çaplı minaatanlardan istifadə hallarını qeydə alıb”, məlumatda qeyd edilir.

 

Məlumatda həmçinin bildirilir ki, Ukrayna Silahlı Qüvvələri və “DXR” separatçıları təmas xəttində minaatanların geri çəkilməsinə dair ATƏT missiyasına yazılı bildiriş göndərib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221269

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR