"Real" Ronaldo və Benzemanı satır

"Real" Ronaldo və Benzemanı satır
05:41 12 Noyabr 2015
48 İdman
Ölkə mətbuatı
A- A+

Madridin "Real" klubunun prezidenti Florentino Peres klubda mühüm dəyişikliklər etmək niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bu məqsədlə prezident klubun liderlərini satmaq fikrindədir.

Bu barədə İspaniya mətbuatı xəbər yayıb. Yazılanlara görə, "kral klubu"nun prezidenti komandanın aparıcı fiquru Kriştiano Ronaldonu 140 milyon avroya fransız PSJ-ə satmağa hazırdır. Madrid klubu həmçinin digər tanınmış futbolçusu fransız Kərim Benzemanı da satmaq niyyətindədir.


Ronaldo və Peres

"Real" həmçinin heyətini yeni oyunçularla gücləndirməyi düşünür. Bu məqsədlə klub "Mançester Yunayted"in ispan qapıçısı David de Xeanı əldə etməyə çalışacaq. Həmçinin "Bavariya"nın polşalı hücumçusu Robert Levandovski və "Çelsi"nin belçikalı yarımmüdafiəçisi Eden Azarın kluba gətirilməsi nəzərdə tutulur.


Robert Levandovski

Bu ilin oktyabr ayının sonunda Ronaldo “Forbes” jurnalının versiyasına görə dünyanın 10 ən bahalı futbol brendləri siyahısına daxil edilib. Ronaldo bu mövsüm “Real” heyətində meydana çıxdığı 11 oyunda 8 dəfə fərqlənib.Portuqaliya yığmasının hücumçusu ötən ay növbəti dəfə 2014 - 2015-ci illər futbol mövsümünün ən yaxşı bombardiri kimi Avropanın “Qızıl buts” mükafatını alıb. Ötən mövsümdə portuqaliyalı hücumçu 35 oyunda rəqib qapılarından 48 top keçirib. 30 yaşlı Ronaldu artıq 4-cü dəfədir “Qızıl buts”u mükafatını alır. Ondan əvvəl bu fəxri mükafatı 3 dəfə Lionel Messi, iki dəfə Herd Müller və Eysebio alıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=364565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR