Ombudsmanların XIII beynəlxalq konfransının iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Ombudsmanların XIII beynəlxalq konfransının iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
10:48 12 Noyabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Bakıda keçirilən Ombudsmanların XIII beynəlxalq konfransının iştirakçıları noyabrın 12-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR