2015-ci ildə orta illik inflyasiya 4.4 faiz təşkil edəcək

2015-ci ildə orta illik inflyasiya 4.4 faiz təşkil edəcək
12:13 12 Noyabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Rəsmi proqnoza görə, 2015-ci ildə orta illik inflyasiya 4.4 faiz təşkil edəcək. Bu ilin sonuna inflyasiyanın birrəqəmli səviyyədə qorunacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmalının 2015-ci ilin 9 ayının yekunlarına həsr olunan növbəti nömrəsində bildirilir.
Qlobal əmtəə bazarlarında ucuzlaşma, tərəfdaş ölkələrdə davam edən devalvasiyalar, habelə pul kütləsinin dinamikası inflyasiyaya azaldıcı təsir göstərən amillərdir.
Beynəlxalq Valyuta Fondunun proqnozları əsasında aparılan qiymətləndirmələrə görə, Azərbaycanda orta illik inflyasiya MDB ölkələri ilə müqayisədə 10.9 faiz bəndi, ölkəmizin ticarət tərəfdaşı ölkələrlə müqayisədə isə 3.4 faiz bəndi aşağı olacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2015_ci_ilde_orta_illik_inflyasiya_44_faiz_teskil_edecek-901296

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR